Mikayıl Cabbarov Ziya Məmmədovun bacısını işdən çıxartdı

Print Friendly, PDF & Email

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

AzToday.az yenicag.az-a istinadən xəbər verir ki, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Bildirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma da aparılıb.

...