Cəmiyyət

Bakı metrosunda stansiyaların adı dəyişir?

Bakı metrosunda stansiyaların adlarının dəyişdirilməsi zaman-zaman müzakirəyə çıxarılsa da, müzakirələr nəticəsiz bitib. Bir neçə il bundan öncə bəzi metro stansiyalarının adının dəyişdirilməsinə Metropolitenin İnşaat üzrə rəis müavini Rizvan Bayramov münasibət bildirərək dəyişikliyi vacib edən məqamın bu adların yerləşdikləri ərazilərə uyğun gəlməməsi ilə izah etmişdi.

Maraqlıdır, hazırda da bu məsələ- “İnşaatçılar”, “Ulduz” və ya “Xalqlar Dostluğu” stansiyalarının adlarının dəyişməsi gündəmdədirmi?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev Cebhe.info-ya “Belə bir məsələ gündəlikdə olmayıb”, deyə münasibət bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button