CəmiyyətDünya

Xristofor Kolumbun məktubu hərracda satıldı

Məşhur dəniz səyyahı Xristofor Kolumbun məktubu hərracda satılıb.

AzToday.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Amerikanın kəşfinə aid məktubun surəti 751.5 min dollara satılıb.

“Bonhams” hərrac evindən bildiriblər ki, bu vaxta qədər səyyahın məktubuna belə bir məbləğ təklif edilməyib.
Baha qiymətə satılan məktub baş xəzinədar Araqon Qabriel Sançesə ünvanlanıb və ispan dilindən latın dilinə tərcümə edilib.

Məktubda Amerikanın xəritəsinin bir hissəsi, Kolumbun gəmilərindən biri, İspaniyanın gerbi və kral Ferdinandın portreti də təsvir edilib.

Bənzər yazılar

Back to top button