Bakıdakı soyuq hava “Roma”nın baş məşqçisinə problem yaratdı – VİDEO

Print Friendly, PDF & Email

“Roma” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

AzToday.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, oyundan sonra “canavarlar”ın baş məşqçisi Eysebio Di Françesko axsayan halda görünüb. Mütəxəssis sağ dizində ağrılar hiss edib. İtaliya mətbuatına yer alan məlumata görə, Di Françeskonun dizində uzun müddətdir ki, ağrılar var.

O, bəzən ağrılar hiss edəndə dizinə buz bağlayır. Dünənki yağışlı və soyuq havadan sonra dizində ağrılar hiss edən çalışdırıcı buz bağlamaq məcburiyyətində qalıb.

...