İdman

Levandovski gələcək planlarından danışdı: “Özümü məşqçi kimi görmürəm”

“Barselona”nın hücumçusu Robert Levandovski futbolçu karyerasını başa vurduqdan sonrakı planlarından danışıb.

Fanat.az xəbər verir ki, “Marca” polşalı ulduz forvardın dediklərini belə çatdırıb:

“Karyeramı başa vurduqdan sonra futbolçu olmadan yaşamaq çətin olacaq. Amma məşqçi olmaq… Bilirəm ki, çox çətin işdir. Hazır olacağıma əmin deyiləm, çünki 100 faiz futbola köklənməliyəm. Bunu sizə indi deyirəm, amma beş-yeddi ildən sonra paltardəyişmə otağı, qoxu və bütün atmosfer üçün darıxacağam və “Yaxşı, bəlkə cəhd edim” deyəcəyəm. Amma hələlik özümü məşqçi kimi görmürəm.

Peşəkar karyeram və tanış olduğum məşqçilər haqqında düşünəndə bu, inanılmazdır. Özümü şanslı hiss edirəm, çünki çox şey öyrənmişəm.

35 yaşlı Levandovski cari mövsümdə La Liqada 17 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button