Trampın kürəkəni qadın kimi qeydiyyata düşüb

Print Friendly, PDF & Email

ABŞ prezidenti Donald Trampın kürəkəni və köməkçisi Cared Kuşnerin seçici bürosunda qadın kimi qeydiyyatdan keçdiyi ortaya çıxıb.

“AzToday.Az” xarici mediaya istinadən xəbər verir ki, Kuşner 2009-cu ildən bəri rəsmi şəkildə səsvermələrdə qadın kimi iştirak edir. Vəziyyətin səhv nəticəsində yarandığı, yoxsa qəsdən yaradıldığı barədə məlumat verilmir. Ağ Ev bu barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, xəbərin yayılması Kuşnerin qeyri-qanuni şəkildə səs verməsi iddialarına səbəb olub.

Donald Tramp bundan əvvəl milyonlarla miqrantın qanunsuz şəkildə səsvermədə iştirak etdiyini demişdi.

...