Dələduz Foreks Brokerindən Ehtiyatlı olun – Əhalini Təcili Xəbərdar edin

Print Friendly, PDF & Email

Maximarkets adlı Dələduz Foreks Brokerindən Ehtiyyatlı olun – Əhalini Təcili Xəbərdar edin

İnternetdə az qala bütün saytlarda və sosial şəbəkələrdə Forex maliyyə sisteminin brokeri və Binar-Opcionlar adıyla çoxlu təkliflər var. Xüsusi yeri Maximarkets tutur. Şəxsən özüm bütün bunlara bir cavab tapmaq üçün Maximarkets reklamının birində qeydiyyatdan keçdim. Dərhal mənə zəng gəldi. Rusca danışan bir xanım sorğu sualdan sonra böyük vədlər verərək yüksək qazanclar əldə olunmasıyla bağlı motivasiya etməyə başlayır. İki ay ərzində gündə 2 – 3 dəfə mənə zəng edir həvəsləndirici və şirnikdirici sözlərlə hesaba 500 dollar qoyub işə başlamağı təklif edir. Hər zəng vuranda deyir ki Siz bu gün 300 – 500 və ya 700 dollar pul itirdiniz və tez bir zamanda hesaba pul qoymaq üçün sizi motivasiya edirlər. Çox güclü psixologiya dərsi keçmiş bu şəxslər sizi inandırmaq bacarığına malikdirlər.

Xanım xüsusi vurğulayır ki şirkətin peşəkarları Sizə mütləq şəkildə uğur qazanmağa kömək edəcəklər.

Hətta Sizin pul itirmək şansınız sıfıra bərabərdir və hesabınızın sığortalandığını bildirir. Buna görəfdə öz pulunuz olmadıqda belə borc və ya bankdan kredit götürməyi təklif edirlər. Çox qısa zamanda qoyduğunuz pulu Sizə qazandıracaqlarını bildirir lər.
Lakin…

Əslində Siz həmin dələduz şirkətin demo hesabında maliyyə əməliyyatları aparırsınız. Demo hesab adətən yeni treyderlərin real Forex bazarına çıxmazdan əvvəl oyrənmə platformasıdır. Siz ticarət əməliyyatı açan kimi sizə nəzarət edən şəxsə siqnal gedir və həmin şəxs proqrama müdaxilə edərək sizi uduzdurmağa çalışır. Beləliklə sizin pulunuz ticarət əməliyyatları zamanı sıfıra çatdırılır. Sonradan sizə yenidən hesaba pul qoymağı təklif edirlər. Hətta sizə 5000 dollar qoyub VİP müştəri olmağı təklif edirlər. Sizə söz verirlər ki VİP müştəri olsanız çox güclü yəni beynəlxalq dərəcəli məsləhətçiylə işləyib 1 həftəyə balansınızı ikiqat artıracağınızı vəd edirlər. Lakin onların məqsədi sizi mümkün qədər soymaqdır.

İnsanları inandırmaq üçün internetdə çoxlu sayda videolar yerləşdirilib. Həmin videolarda öryədilmiş şəxslər çoxlu pul qazandıqlarını və kompaniyadan razı olduqlarını bildirirlər. Rusiya Banklar Assosiyasiyasının üzvü olduqlarını və hansısa ciddi dövlət qurumlarının nəzarətində olduqlarını vurğulamaqla sizin etibarınızı qazanmağa çalışırlar. İnternet televiziya kanallarıyla forex bazarında gündəlik və həftəlik proqnozlar verərək ciddi kompaniya olduqlarını sübut etməyə çalışırlar. Elə şəxslər var ki bunlara inanıb evini və ya avtomobilini satıb bunlarla ticarət edib və bütün pulunu itirib. Şəxsən özüm hesabıma yüklədiyim pulun25 faizini itirdikdən sonra ticarəti dayandırmaq qərarına gəldim və məsləhətçiyə bildirdim ki qalan pulu qaytarsınlar özümə. Problemlər bundan sonra başladı. Mənim pulumu qaytarmamaq üçün yüz bəhanə gətirdilər. Ən azı 50 ticarət əməliyyatı açmalısan dedilər. Zənglərə cavab vermədilər. Euronyus və CNN telekanalına müsahibə verib onların iç üzünü açacağım barədə xəbərdarlıq etdikdən dərhal sonra pulu qytardılar.

Diqqətli olun: Onlar sizi həvəsləndirmək üçün sizin hesabınıza qoyduğunuz 500 dolları sizin xeyrinizə artıraraq 800 edib və sizin onlara göndərdiyiniz 500 dollardan 300 dollarını qazanc kimi sizə göndərə bilər. Sonra isə sizə təklif edəcəklər ki daha böyük məbləğlə daha böyük qazanc əldə etmək olar. Buna inanıb borca girsəniz və ya bahalı bir əşyanızı satıbdavam etsəniz sonra çox məyus ola bilərsiniz.


Eldəniz Əzimovun şəxsi araşdırması

...