İdman

PSJ-dən ulduz futbolçuya fantastik təklif

“Arsenal”la mövsümün sonunda müqaviləsi başa çatacaq Aleks Sançes PSJ-nin maraq dairəsindədi. Fanat.Az xəbər verir ki, artıq Paris klubu çilili ulduzla danışıqlara başlayıb.

Məlumata görə, PSJ Sançesə 12 milyon dollar (bu günkü məzənnə ilə 20,4 milyon manat – red.) imza haqqı təklif edib. Ona həmçinin “Arsenal”dakı maaşından dəfələrlə artıq müqavilə təklif olunacağı bildirilib. PSJ bu transferi yanvarda reallaşdırmaq istəyir.

Qeyd edək ki, “Arsenal” Sançesi 2014-cü ildə “Barselona”dan 42,5 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 65 milyon avro qiymət qoyub.

Bənzər yazılar

Back to top button