Dünya

16 yaşlı qız gizli doğduğu uşağı pəncərədən atdı

Yeniyetmə 9 ay hamiləliyini gizlədə bilib

Türkiyədə qorxunc hadisə baş verib. AzToday.az-ın məlumatına görə, sevgilisindən hamilə qalaraq körpə dünyaya gətirən yeniyetmə onu öldürüb.

Hadisə Uşaq şəhərində olub. Liseyi tərk edən 16 yaşlı qız nişanlısından hamilə qalıb. O, hamiləliyini 9 ay boyunca ailsindən və yaxınlarından gizlədə bilib. Lakin ötən gün doğuş sancısı başlayıb. Panikaya düşən gənc qız yaşadığı mənzilin tualetinə gedib. Bu zaman evdə heç kim olmayıb.

Təkbaşına bir qız uşağı dünyaya gətirən qız ailəsinin qorxusundan körpəni tualetin pəncərəsindən çölə atıb. Çağanın səsini eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis körpəni binanın divarının dibində, qızı isə evdə qanlar içində tapıb. Hər ikisi dərhal xətəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.

16 yaşlı qızın ifadəsindən sonra onun 18 yaşlı sevgilisini polis saxlayıb.

Bənzər yazılar

Back to top button