Qadın voleybolçularımız yarımfinala vəsiqə qazandı

Print Friendly, PDF & Email

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

AzToday.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv 1/4 finalda Almaniya yığmasını məğlub edib – 3:0.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Hollandiya kollektivi ilə qarşılaşacaq.

Avropa çempionatı

1/4 final

29 sentyabr

Azərbaycan – Almaniya 3:0 (25:20, 25:18, 25:21)

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)

...