CəmiyyətMədəniyyət

Qəbirə su tökmək və qəbirin yanında ölü üçün dua etmək olarmı?

İslam dininə görə qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz.
AzToday.Az zikr.az-a istinadən bildirir ki, qəbir üstündə ölüyə dua etmək və bağışlanma diləmək şəriətə uyğundur. Çünki, Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ölünün dəfni qurtardıqdan sonra qəbirin önündə dayanıb deyərdi: “Qardaşınız üçün bağışlanma diləyin və möhkəmlik (sabitlik) istəyin! O, indi sorğu-sual edilir”. (İmam Əbu Davud).

Ölü ilə danışmaq olmaz. Bütün ölülər “bərzəx” deyilən ruh aləmindədirlər. Uca Allah Qurani Kərimdə buyurur: “Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən” (ən-Nəml, 80). Bu və digər ayələrdən aydın olur ki, ölülər diriləri eşitmir, hətta qəbirin yanında duran insanları da eşitmirlər. Bəzi insanlar ölülərin eşitdiklərini, onların diri insanlardan xəbər tutduqlarını zənn edərək bayram günlərində, ölünün doğum və ölüm günündə və başqa xüsusi günlər təyin edərək ölüləri ziyarət edirlər. Hətta iş o yerə gəlib çatıb ki, bəzi insanlar hədlərini aşaraq qəbirin üstünə bəzi əşyaları gətirib qoyurlar. Halbuki bütün bu əməllər dinimizə zidd olan əməllərdir.

Bənzər yazılar

Back to top button