Verilişindəki mübahisə Elgizə baha başa gəldi

Print Friendly, PDF & Email

ARB kanalının “Səhər səhər” verilişinin aparıcısı dəyişdirilib.

AzToday.az xəbər verir ki, bundan sonra Elgizi Rövşanə Bektaşı əvəz edəcək.

Xatırladaq ki, verilişdəki bu dəyişiklik barədə ilk olaraq Yenicag.az saytı xəbər vermişdi. Elgizin verilişdən uzaqlaşdırılmasına səbəb onun çəkiliş zamanı dəvət etdiyi qonaqlardan biri – Azərbaycan Uşaqlar Birliyinin, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli ilə ciddi şəkildə mübahisə etməsi olub. Mübahisə zamanı qonağa qarşı təhqiramiz ifadələr işlədib.

Vasif Akiflinin saytımıza verdiyi məlumata görə, o, Elgizi məhkəməyə verəcək.

...