Azərbaycana yeni dərmanlar gələcək

Print Friendly, PDF & Email

Belarus Azərbaycana dərman preparatları tədarük edəcək

Belarusun əczaçılıq zavodları Azərbaycana 7 milyon dollar dəyərində dərman preparatları tədarük edəcək.

AzToday.az-ın məlumatına görə, bu, Belarusun “Belmedpreparatı” və “Borisov Tibb Preparatları” zavodlarının Azərbaycan şirkətləri ilə imzaladığı müqavilələrdə nəzərdə tutulur.

Qeyd edək ki, BIHE 2017 Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi zamanı baş tutmuş imzalanma mərasimində Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev və Belarusun səhiyyə naziri Valeri Malaşko iştirak edib.

...