Avrokomissiyanın sədri: “İttifaq üzvlərinin sayı 2019-cu ildən sonra arta bilər”

Print Friendly, PDF & Email

“Avropa İttifaqına üzv dövlətlərin sayı 2019-cu il martınadək dəyişməyərək 27 ölkədən ibarət olacaq”.
“AzToday.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissİyasının sədri Jan-Klod Yunker sentyabrın 29-da Tallində qurumun qeyri-rəsmi sammitində jurnalistlərə cavabında bildirib.
Onun sözlərinə görə, ittifaq üzvlərinin sayı növbəti 5 ildə, 2019-2024-cü illərdə arta bilər”.
Qeyd edək ki, Britaniya 2019-cu il martın 29-dək Avropa İttifaqından çıxmalıdır. J.K.Yunkerin səlahiyyət müddəti 2019-cu ildə başa çatır. O, dəfələrlə sədrliyi müddətində ittifaqa üzv qəbul olunmayacağını bildirib.
Avropa İttifaqının üzvlüyünə namizəd dövlətlər bunlardır: Albaniya (2014-cü ildən), Makedoniya (2005), Monteneqro (2010), Serbiya (2012), Türkiyə (1999). Üç dövlətin ittifaqa birləşməsi istiqamətində danışıqlar baçlayıb: Türkiyə (2005), Monteneqro (2012) və Serbiya (2014).

...