Cəmiyyət

Şirvanda gənclərin məşğulluğu müzakirə olundu (FOTO)

“Regional Sosial Araşdırmalar” İctimai Birliyi sentyabr ayının 29-da Şirvanda ictimai müzakirə keçirib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regional Sosial Araşdırmalar” İctimai Birliyi “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai müzakirənin təşkili” layihəsi çərçivəsində ictimai müzakirəsi Şirvan şəhərində keçirilib.

Təşkilatın sədri və layihənin rəhbəri Şükür İzzətoğlu layihə haqqında geniş çıxış edib.Ş.İzzətoğlu bildirdi ki, layihənin əsas mahiyyəti regionlarda gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə 3 regionda (Şirvan, Hacıqabul, Sabirabad) tədqiqatlar aparılacaq və Şirvan şəhərində ictimai müzakirə keçiriləcəkdir.

Layihə vasitəsilə dövlətin məşğulluq siyasətində işsız gənclərin yeri, onlar üçün yeni iş yerlərinin yaradılması mexanizmi, qeyri-məşğul gənclərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, cəmiyyətin inkişafı üçün gənclərin əməyindən səmərəli istifadə edilməsi yollarının axtarılması həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi işsiz gənclərin sosial hüquqlarının müdafiəsi işinin təşkil edilməsi sahəsində qəbul edilən qərarların və aparılan islahatların dövlət orqanları tərəfindən yerinə yetirilməsinə ictimai nəzarəti gücləndirmək və bu problemə ictimaiyyətin diqqətini cəlb etməklə gənclərin məşğuılluğunun artırılmasına nail olmaqdan ibarətdir.

Regional Sosial Araşdırmalar İctimai Birliyinin

Mətbuat Xidməti

Bənzər yazılar

Back to top button