İqtisadiyyat

İslahatlar FHN-nə də çatdı – Bu Agentlik nazirliyin tabeliyindən çıxarılacaq

Azərbaycanda dövlət strukturlarında aparılan islahatlar Fövqaladə Hallar Nazirliyini (FHN) də əhatə edəcək.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi FHN-nin tabeliyindən çıxarılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəkdir. Xidmətin keyfiyyətinin yüksəldilməsinə və şəffaflığın təmin edilməsinə hesablanan struktur dəyişikliyinin yaxın zamanlarda həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, son illər Bakıda və eləcə də respublikanın digər iri şəhər və rayonlarında aparılan tikintilərin əksəriyyətinin qanunsuz və texniki parametrlərinin standartlara cavab verməməsi barədə mətbuatda kifayət qədər yazılar dərc edilib.

Bənzər yazılar

Back to top button