Güləndə hansı Azərbaycan məmurlarının videosu var?

Print Friendly, PDF & Email

Hakimiyyətdəki «gülən şəbəkəsi»nə bağlı olanlarla barədə ilginc məlumat

“Azərbaycanın iş dünyasınin bəzi üzvləri deyil, Milli Məclisdən tutmuş bir sıra nazirliklərə qədər, yüksək çinli dövlət məmurlarının, ölkə mediasından QHT sektoruna qədər bir çox insanın videosu Fətullah Gülənin Azərbaycandakı imamlarının əlindədir”.

Bu iddia “gülən şəbəkəsi” barədə araşdırma yazıları ilə tanınan jurnalist Aqil Ələsgərin yeni məqaləsindəndir. Məqalədə konrket ad çəkilmir. Aqil Ələsgər yazır ki, videosu “gülən şəbəkəsi”nin əlində olan şəxslərin bir çoxu onların tərəfinə keçməyə məcbur olub: “Bir çoxu onların dəvətini qəbul edib, Istanbul, Nyu York, Antalya, Bodrum, Ankara, Filadelfiya, San Fransisko və s. şəhərlərdə səfərlərdə olmanın cəzasını çəkirlər. Bu gün bir çoxu Gülənə nifrət etsələr belə, onun planlarını icra etməkdədirlər. Əks halda, Baykal kimi görüntülərinin ortaya çıxmasından çəkinirlər.

Bu səbəbdən də, mühüm dövlət vəzifəsi tutursansa, Hacı Bektaş Vəlinin dediyi kimi, əlinə, dilinə və belinə hakim olacaqsan? Əks halda, istəmədiyin işlərə məcbur qalarsan? Indi istəməyərək də olsanız, Gülənin Azərbaycandakı şəbəkəsini müdafiə etməyə məcbur qaldığınız kimi”.

Qeyd edək ki, “gülən şəbəkəsi” Azərbaycan hakimiyyətində də dayaqları olması barədə məlumatlar bir müddət əvvəl yayılıb. Bu məlumatlarda konkret adlar çəkilib. Bu sırada Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov, deputat Ceyhun Osmanlı, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, onun müavini Xaliq Məmmədov, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad Isgəndərov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri Fərhad Məmmədov və başqalarının adı çəkilirdi. Bu məsələ gündəmdən sonra Elnur Aslanov və Elşad Isgəndərov başqa işə keçirildi, Fərhad Məmmədov isə vəzifədən azad edildi. Bildirilirdi ki, həmin ərəfədə Bakıya səfəri zamanı Ilham Əliyevdən hakimiyyətdəki nurçuları zərərsizləşdirməyi tələb edib. Məhz bu baxımdan adıçəkilən şəxslərin bəziləri hədəfə gəlib. Bundan başqa “gülən şəbəkəsi”nin nəzarətində olan məktəblər də əvvəlcə ARDNŞ-in, daha sonra isə Təhsil Nazirliyinin tabeliyinə verilib.

Lakin iddialara görə, bütün bunlar Ərdoğanı qane etməyib. Ilham Əliyevin bu günlərdə Türkiyəyə etdiyi səfəri zamanı Ərdoğan ona yeni dosye verib.

Bundan başqa Ərdoğan “gülən şəbəkəsi”nin nəzarətində olan məktəblərin Türkiyə Təhsil Nazirliyinin tabeliyinə verilməsini istəyir. Ərdoğan bunun Həbəşistana səfəri zamanı bəyan edib.

Namiq Həmidov

...