Monopolistlər xalqı necə soyur? İdxal məhsulları ilə bağlı dəhşətli statistika

Print Friendly, PDF & Email

Qəpik-quruşa gətirilən meyvə-çərəz ölkədə 20-30 dəfə bahasına satılır

Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov ölkəyə gətirilən quru meyvələrin daxili bazarda idxal qiymətindən 20-30 dəfə baha satıldığını göstərən statistika paylaşıb. Vahid Məhərrəmov “Facebook” səhifəsində yazıb:

“Dostlar, qarşıdan Novruz Bayramı gəlir. indidən bayram tədarükü görənlər var. Xatırladım ki, inhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır”. Vahid Məhərrəmovun yazdığına görə, bazarda bir kiloqramı 13 manata satılan qurudulmuş ananas 23 qəpiyə, kiloqramı 10 manata satılan qurudulmuş qara gavalı 33 qəpiyə, kiloqramı 6.5 manata satılan qurudulmuş üzüm 37 qəpiyə, kiloqramı 10 manata satılan qurudulmuş ərik 31 qəpiyə, kiloqramı 1 manata satılan təzə üzüm 24 qəpiyə, kiloqramı 1.8 manata satılan portağal 24 qəpiyə, kiloqramı 4 manata satılan alma 24 qəpiyə, kiloqramı 3.2 manata satılan armud 26 qəpiyə, kiloqramı 5 manata satılan qabıqlı qoz 49 qəpiyə, kiloqramı 21 manata satılan qabıqlı püstə 95 qəpiyə, kiloqramı 6 manata satılan qabıqlı şabalıd 37 qəpiyə, kiloqramı 18 manata satılan hind qozu 31 qəpiyə, kiloqramı 25 manata satılan qoz ləpəsi 75 qəpiyə, kiloqramı 27-28 manata satılan badam ləpəsi 35 qəpiyə və kiloqramı 18 manata satılan keşyü fındığı (qabığı təmizlənmiş) 37 qəpiyə idxal olunur.

Göründüyü kimi monopolistlər məhsulları dəfələrlə baha qiymətə satmaqla xalqın cibini soyurlar.

Fakta AXCP sədri Əli Kərimli də münasibət bildirib. O. feysbuk səhifəsində aşağıda gördüyünüz plakatı paylaşmaqla, həm qiymətlər arasındakı fərqi göstərib, həm də hökumət inhisarçılarının sayəsində ölkəyə gətirilən bu məhsulların 20-30 dəfə baha satıldığını vurğulayıb, “Bizə belə hökumət lazımdırmı?” deyə etirazını ifadə edib.

Namiq Həmidov

...