İdman

“DÇ-2022-ni biz qazanmasaq, qoy, Messi qazansın”

İspaniya millisinin və “Barselona”nın futbolçusu Pedri noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək DÇ-2022 haqda danışıb.

Qol.az xəbər veri ki, 19 yaşlı yarımmüdafiəçi komandasının şanslarını belə dəyərləndirib:

“İspaniya dünya çempionatını qazana bilərmi? Turnir başlamazdan əvvəl bu suala cavab vermək çətindir.Bizim yaxşı şanslarımız var və çempion olmaq üçün çalışmalıyıq. Ən çox sevdiyim iki komanda Braziliya və Argentinadır . Düşünürəm ki, Lionel Messi dünya çempionatını qazanmağa layiq idi. İspaniya qalib gəlmirsə, qoy, Argentina ilə qalib gəlsin. Ümid edirəm ki, çempion olacağıq. Amma Messi də buna layiqdir”.

Bənzər yazılar

Back to top button