Cəmiyyət

Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsi vermir – Şikayət

Beyləqan rayon sakini Alışlı Rövşən Talış oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib.

AzFakt.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən rayon sakini nazirliyin həkim komissiyasından narazıdır.

Rövşən Alışlıya bu ilin 8 iyulunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində “Sağ ağciyərin yuxarı payının xərçəngi” diaqnozu qoyulub. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi komissiyası ona II qrup əlililik dərəcəsi vermək istəmir. Özü də vətəndaşa çox gülünc səbəb deyirlər. Həkim komissiyasından Rövşən Alışlıya xəstəliyə yeni tutulduğunu və sağalmaq ehtimalının olduğu bildirilib. Halbuki, xəstədəki xərçəng şişi bəd xassəlidir və artıq 3 dəfə kimya terapiya qəbul edib.

“Cənab nazir, sizin həkim komisiyanız xərçəng xəstəsindən nə umur? Bəd xassəli, yastı hüceyrəli karsinoma xərçəng xəstəsi diaqnozu qoymuş vətəndaşa II qrup əlillik dərəcəsi vermək istəmirlər. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən lokasiyasından asılı olmayaraq belə xəstələrə II qrup əlillik verilir. Üçüncü dəfədir kiyma terapiya qəbul edən, ayrılacaq vəsaitin alıb almayacağına ömrü çatıb çatmayacaq xəstədən sizin həkim komisiyaniz nə umur?” deyə Rövşən Alışlı nazirə müraciətində qeyd edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button