GündəmSiyasət

Yerevan Bakını Brüsseldəki görüş planını pozmaqda ittiham edib

Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonlarında Brüsseldə keçirilməsi planlaşdırılan görüşü Azərbaycan tərəfin təqsiri ucbatından baş tutmayacaq. Bu barədə çərşənbə axşamı Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun fikrincə, Azərbaycan sərt mövqeyi səbəbindən Qərbin gözündə əlverişsiz vəziyyətə düşüb və “Bakıda narahatlıq yaranıb”.

Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan da Brüsseldəki görüş planının Azərbaycanın təqsiri ucbatından pozulduğunu bildirib.

O, Yerevanda keçirilən brifinqdə Bakının Ermənistanın ərazi bütövlüyünü tanımaqdan və sərhədlərin delimitasiyasına başlamaqdan ittiham edərək, Zəngəzur yolunun Ermənistanın yurisdiksiyasından kənarda açılmasına nail olmağa çalışdığını bildirib.(Turan)

Bənzər yazılar

Back to top button