CəmiyyətDünyaXəbərlər

Azərbaycanlı diaspora liderinin Avstraliyaya apardığı ağaclar yerli əhalini təəccübləndirdi — FOTOLAR

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovun Sidneydə yaşadığı evinin həyətinə əkdiyi tut ağacları yerli əhalidə maraq yaradıb.

AzToday.Az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, İmaməddin Qasımov həmin tut ağaclarını Avstraliyaya Azərbaycandan aparıb. Artıq tut ağacları bu il bar verib. Yaxınlıqda yaşayan yerli əhali isə tut giləmeyvəsini təəccüblə qarşılayıb.

Diaspora rəhbəri bağından topladığı meyvələrin və tut ağaclarının fotosunu da sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, İmaməddin Qasımovun sədrlik etdiyi Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin mərkəzi ofisi Sidney şəhərində yerləşir.

Bənzər yazılar

Back to top button