Cəmiyyət

Qulu Məhərrəmli: “AMEA-nın bu addımı bağışlanmaz cinayətdir”

“AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib”.

AzToday.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli məlumat verib.

O qeyd edib ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı:

“İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər-AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdlrlar. Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq”.

Bənzər yazılar

Back to top button