Istilik tarifləri bahalaşır ? -“Azəristiliktəchizat”dan açıqlama

Print Friendly, PDF & Email

Istlik tariflərinin bahalaşması Tarif Şurasının səlahiyyətində olan məsələdir. AzToday.az bildirir ki, bu barədə Modern.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

O qeyd edib ki, bu barədə açıqlama vermək səlahiyyətində deyil:

“Hazırda desəm ki, “bahalaşma olacaq”, doğru deyil, bəlkə bahalaşmayacaq. Yaxud deyim ki, “tariflər bahalaşmayacaq”, bu da doğru olmaz. Bəlkə Tarif Şurası tariflərə yenidən baxacaq. Doğrudur, bizim verdiyimiz hesabatlara, baxılır, rəyimiz nəzərə alınır. Amma son söz Tarif Şurasındadır. Ona görə də mən konkret cavab verə bilmirəm”.

Qurum rəsmisi “Azəristiliktəchizat tariflərə yenidən baxılması üçün müraciət etməzsə, Tarif Şurası necə tarif bahalaşdıra bilər” sualını belə cavablandırıb:

“Ümumi qanunvericiliyə əsasən, “Azəristiliktəchizat” hər il fəaliyyəti barədə hesabat verir. İstehsal etdiyimiz məhsulun maya dəyəri ilə bağlı hesabatlarda qeyd edilənləri nəzərə alaraq öz qərarlarını verir”.

...