Dünya

Türkiyədə avtobuslar qiymətləri ikiqat artırıb

Türkiyədə gediş-gəliş məhdudiyyəti qaldırıldıqdan sonra sərnişinlər avtovağzallarda sıxlıq olduğunu və bilet qiymətinin artdığını bilidirblər

AzToday.az “cumhuriyet.com.tr”yə istinadən xəbər verir ki, Türkiyədə koronavirusu tədbirlərinə tətbiq olunan ölkədaxili gediş-gəliş məhdudiyyəti qaldırıldıqdan sonra vətəndaşlar avtobus biletlərinin qiymətinin iki dəfə artdığını bildirib.
Verilən məlumata görə, yeni normallaşma prosesi çərçivəsində 81 vilayət arasında gediş-gəliş məhdudiyyəti qaldırıldığı üçün Bayrampaşadakı 15 İyul Demokratiya Avtobus Terminalında sıxlıq başlayıb. Sərnişinlər isə bildiriblər ki, biletlərin qiyməti iki dəfə artıb.

Gediş-gəliş qadağası qaldırıldıqdan sonra qiymətlərin artmasına münasibət bildirən nəqliyyat şirkətləri isə sosial məsafənin saxlanması, yanacaq qiymətlərinin yüksək olmasını əsas gətiriblər, eyni zamanda Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tariflə işlədiklərini bildiriblər.

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button