Uşaqlar arasında mövsümi xəstəliklərin artmasının MARAQLI SƏBƏBİ

Print Friendly, PDF & Email

Payız mövsümü olsa da, havaların soyuması tədricən yox anidən baş verdi. Uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur.
AzToday.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

“Təəssüf ki, bütün valideynlər bunu nəzərə almır. Valideynlər bəzən “mənim uşağımın canı möhkəmdir” deyib uşaqlarını havaya uyğun geyindrmirlər. Nəticədə də zərər çəkən uşaqlar olur. Uşaqları iqlimə uyğun olaraq həm qidalandırmalı və həm də geyindirmək vacibdir”.

N.Quliyev əlavə edib ki, bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da payızda məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümü xəstəliklərin artmasına zəmin yaradır:
“Belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir. Ona görə də həm müəllimlər, həm də valideynlər uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdırlar”.

...