PARABANK-in vətəndaşın hesabına varlanması məhkəmədə ifşa olundu

Print Friendly, PDF & Email

“PARABANK” ASC-nin vətəndaşın hesabına əsassız olaraq varlanması məhkəmədə sübut edilərək, kredit təşkilatının ziyanına qətnamə çıxarılıb.

Bu barədə vəkil Yusif Allahverdiyev AzToday.az-a açıqlamasında məlumat verib:

Vəkilin sözlərinə görə, “PARABANK” ASC ilə üzun müddət məhkəmə çəkişməsi olub və nəhayətdə vətəndaşın xeyrinə qərar verilib:

“Hüquqlarını müdafiə etdiyim N.Xudaverdiyev cavabdeh “Parabank” ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdi. Uzun sürən məhkəmə çəkişməsinin nəticə olaraq Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədov 17 mart 2017-ci il tarixində qanuni, vicdanlı və ədalətli qərar qəbul edərək, cavabdeh “Para” BOKT-dan 34 779,50 Avro məbləğində və 72 558,40 məbləğində pul alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

Belə ki, 23.06.2010-cu il tarixdə “Parabank” ASC ilə cavabdeh İsayeva Cəmalə Əfqan qızı arasında 348/10/PBsaylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən cavabdeh İsayeva Cəmalə Əfqan qızına 15 ay müddətinə illik 18 % (on səkkiz) olmaqla 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi “Parabank” ASC ilə iddiaçı Xudaverdiyev Nazim Rəhim oğlu arasında bağlanmış 348/10/PBg saylı ipoteka müqaviləsinə əsasən, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu (Xəzər rayonu), Şağan qəsəbəsi, Y. Əsədullayev küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 3 otaqlı 15/55 №-li fərdi yaşayış evi girov qoyulmuşdur. 2011-ci ildə sözügedən Kredit müqaviləsi üzrə borc tam olaraq bağlanmasına baxmayaraq “Parabank” ASC vətəndaş N.Xudaverdiyevdən çıxarışın girovdan azad edilməsi üçün əlavə ödənişlərin (“şapka” və ya dəbbə pulu kimi) həyata keçirilməsini tələb etmişdir.

Auditorlar Palatasının 28 fevral 2017-ci il tarixli audit rəyinə əsasən “Parabank” ASC tərəfindən İsayeva Cəmalə Əfqan qızının adına sənədləşdirilmiş 200 000 Avro; 100 000 Avro; 200 000 Avro və 210 000 ABŞ dolları kreditlər üzrə 29 779,50 Avro və 23 268,40 ABŞ dolları məbləğində artıq pul tutulmuşdur.

Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov “Parabank” ASC-nin vətəndaşın hesabına əsassız olaraq varlanması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etdi”.

...