CəmiyyətGündəmXəbərlər

Havanın temperaturu nə vaxt yüksələcək? – AÇIQLAMA

ETSN-dən açıqlama.

“Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağış kəsəcək, temperatur yüksələcək”.

AzToday.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: “Bəzi yerlərdə yağış leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə isə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.

G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”.

Bənzər yazılar

Back to top button