Cəmiyyət

“Dünya əhalisinin 70%-i virusa yoluxandan sonra…” (EKSPERT)

“Dünya olaraq virusla uzun zaman birgə yaşamağı öyrənməli, iqtisadiyyatı yavaş-yavaş açmalıyıq”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert təəssüf hissi ilə bunun başqa yolu olmadığını və davranış qaydalarının uzun müddət dəyişməyə məcbur olacağımızı deyib:

“Dünya əhalisinin 70%-i virusa yoluxandan sonra təbii immunitet yaranacaq. Sadəcə bütün ölkələr səhiyyə sisteminin gücünü artırmalı, xəstəliyin böhranlı pik nöqtələrini yumşaq keçməyi öyrənməlidirlər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Virus istehlak toplumu konsepsiyasını da yıxır, amma əvəzinə nə gələcək, bu maraqlıdır”.

Natiq Cəfərli dünyanın 50 ildir ki, “vəhşi istehlak” konsepsiyası üzərinə inşa edildiyini qeyd edib:

“Düşünürəm ki, indi süni tələb yaradan modeldən, təbii təklif yaradan modelə keçid olacaq. Bəşəriyyət bu keçidə hazırlaşmalıdır. Bu həm dünyada, əsas da Azərbaycanda iqtisadi böhran olmaqdan çıxır. Artıq sistem böhranına çevrilir. Çıxış yolu da məhz sistemin özünün islahatından, dəyişməsindən keçir”.

Bənzər yazılar

Back to top button