Hadisəİqtisadiyyat

Həbsdə olan iş adamı FETÖ ilə anlaşdı – “Mərcansoy” Şirkəti İlham Qasımovla barışıb

Mövlanə Əli Mərcansoy Pensilvaniyanın göstərişi ilə bir neçə milyon dollarında imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 müddətində ilazadlıqdan məhrum edilən, daha sonra Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 13 ilə endirilən  “Real MTK” və “Sahil-D Kompani” MMC tikinti şirkətlərinin əsas payçısı İlham Qasımovun terror şəbəkəsi FETÖ ilə əlaqələrini yenidən bərpa edib.

Bu barədə AzMedia.info saytına iş adamına yaxın olan mənbə məlumat verib.  İnformasiyalı şəxsin məlumatına görə dələduz iş adamı  İlham Qasımovla FETO-nun təlimatı ilə tanış olan və ortaqlığa başlayan “Mərcansoy” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mövlanə Əli Mərcan bir neçə il işlədikdən sonra  aralarında ciddi şəkildə problemlər ortaya çıxmışdı. Həmin vaxt  mətbuata açıqlamalar verən Mövlanə Əli Mərcasnsoy  İlham Qasımovun  Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla birləşərək ona “atdıqlarını” və milyonlarla dollar ziyana düşdüyünü iddia edirdi.
“Mərcansoy” Şirkətlər Qrupunun İdarə Heyyətinin üzvü hər dəfə açıqlamasında İlham Qasımovdan və Sahib İbrahimovdan pullarını Azərbaycan hakimiyyətinin yuxarı dairələrinin vasitəsi ilə alacağını deyirdi. Mövlanə Əli Mərcansoyun Azərbaycan hakimiyyətinin yuxarı dairələri əvəzinə niyə məhz məhkəmələrə üz tutmaması isə qaranlıq qalırdı. Halbuki türk iş adamı İlham Qasımovun və Sahib İbrahimovun ona milyonlarla dollar vəsait “atmaları” barədə məhkəmə orqanlarına şikayət edib tutarlı dəlil ortaya qayocağı təqdirdə hər iki iş adamına qarşı  iddiası təmin oluna bilərdi.
Похожее изображение
İndi məlum olub ki,  müxtəlif açıqlmalar vasitəsi ilə iz azdırmağa çalışan ““Mərcansoy” Şirkətlər Qrupunun yetkilisinin başqa niyyəti var imiş. Məsələ ilə bağlı saytımızı məlumatlandıran şəxsin iddiasına görə Türkiyə iş adamları  içərisində o qədərdə parlaq imicə sahib olmayan “Mərcansoy” Şirkətlər Qrupu  90-cı illərdən etibarən FETÖ-nun himayəsı altına girib. Məhz FETÖ-nun bu şirkətə verdiyi dəstək sayəsində “Mərcansoy” Şirkətlər Qrupu Azərbaycan və Orta Asiya Türk dövlətlərində müxtəlif  işlərlə məşğul olmağa başlayıb. Azərbaycana 2007-ci ildə FETÖ-nun göstərişi ilə yenidən daha ciddi şəkildə qayıdan “Mərcansoy” Şirkətlər Qrupu burada  tikinti sektorunda  fəaliyyətə başlayıb. Həmin vaxt isə FETÖ-nun burdakı dayaqları sayəsində  iş adamına çevrilən İlham Qasımovla Mövlanə Əli Mərcansoy  tanış olurlar.
Mənbəmiz bildirir ki, əslində Mövlanə Əli Mərcansoy İlham Qasımovla Fətillah Gülənin tapşırığı ilə tanış olaraq ortaq olub. Çünki  həmin illərdə Azərbaycandakı tikinti sektorunda yavaş-yavaş FETÖ-ya bağlı şirkətlər fəaliyyətə başlamışdılar  və  bir neçə qrupa bölünən bu şirkətlərdən biri də İlham Qasımovla Sahib İbrahimova məxsus idi.
“Mərcansoy” Şirkətlər Qrupu ilə uzun müddət yaxınlıq etmiş türk iş adamlarından birinin AzMedia.info saytına  verdiyi məlumata görə  şirkətin rəhbəri Həsən Mərcan 90-ci illərdən FETÖ ilə ciddi bağlantısı olan bir şəxs olub. Hələ Nəcməddin Ərbakanın  “Rifah” partiyasına maddi  və  siyasi dəstək verən Həsən Mərcanla Mövlanə Əli Mərcansoy  o zamanlar  hər yerdə  Fətullah Güləni təbliğ ediblər. Ancaq Həsən Mərcansoy siyasi işləri buraxaraq  ticarət və biznes sahələrinə girişdiyi üçün FETO ilə bağlantılar Mövlanə Əli Mərcansoy  həyata keçirtməyə başlayıb. Siyasətə baş vuran Mövlanə Əli Mərcansoy  bir müddət sonra hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  komandasında yer almışdı. Həmin vaxt Ərdoğan İstanbul Bələdiyyə sədri , Mövlanə Əli Mərcansoyda bələdiyyə məclisinin üzvülərindən biri seçilmişdi.
Mövlanə Əli Mərcansoyun məhz FETO-nun göstərişi ilə Ərdoğan komandasına yer aldığı və bələdiyə məclis üzvülüyünədə FETÖ-nun bir başa dəstəyi ilə düşdüyü bildirilir. Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən sonra isə Mövlanə Əli Mərcansoy da FETÖ-nun tapşırığı ilə siyasətdən çəkilərək yenidən iş dünyasına qayıtdı. AKP hakimiyyəti dönəmində FETO-nun maddi və siyasi dəstəyi ilə güclənən, inkşaf edən “Mərcansoy” Şirkətlər Qrupu artıq xarici ölkələrədə sərmaye qoymağa başladı.  Azərbaycanada FETÖ-nun tapşırığı və “xeyir duası” ilə yerləşən “Mərcansoy” Şirkətlər Qrupunun İdra heyyətinin üzvü Mövlanə Əli Mərcansoyun burada işləri istədiyi kimi getmədi. Ölkəmizdə bir neçə bina tikən iş adamı daha sonra biznesini Ukrayna və başqa MDB ölkələrinə köçürtmək qərarı verdi.
Aldığımız məlumata görə “Mərcansoy” Şirkətlər Qrupuna Azərbaycandan  getmə göstərişi Pensilvaniyadan gəlib. Çünki Əli Mövlanə Mərcansoy burada FETÖ-ya bağlı digər şirkətlərə ciddi rəqabətə girərək onlara problemlər  yaratmağa başlamışdı. FETÖ-nun tapşırığı ilə Azərbaycandan çəkilən Mövlanə Əli Mərcansoy İlham Qasımovla Sahib İbrahimovda bir neçə milyon dollar vəsiatinin qaldığını iddia edərək, pullarını tələb etməyə başladı. Ancaq hər hansı bir məhkəmə orqanlarına şikayət etmədi və əvəzində Azərbaycan hakimiyyətindən umub küsdü. Halbuki Mövlanə Əli Mərcansoy və onun havadarı olan FETÖ rəhbəri yaxşı bilir ki, Azərbaycanda Qardaş Türkiyə dövlətindən və digər xarici ölkələrdən gələn bütün iş adamlarının hüquqları hər çərçivədə qorunur. Bu gün Azərbaycanda yüzlərlə xarici şirkətlər, iş adamları fəaliyyət göstərirlər. Onlara qarşı hər hansı bir dələduzluq, haqssızlıq olarsa  şikayət etdikləri təqdirdə hüquq mühafizə  orqanlarımız qanun çərçivəsində tədbir görərək günahkarları cəzalandırır.
Xarici iş adamlarının qorunması və onlara qarşı ölkəmizin daha xoş  münasibət göstərməsi tövsiyyəsi Azərbaycan prezidenti İlham Əliyevdən gəlir. Ölkə rəhbərimiz bütün çıxışlarında daim xarici  investorların Azərbaycanda rahat, qanunlar çərçivəsində işləməsinə şərait yaradıldığını deyir. Ancaq FETÖ-nun himayəsi altında fəaliyyət göstərən  Mövlanə  Əli Mərcansoy  bütün açıqlamalarında Azərbaycan hakimiyyətinin bəzi dairələrinə mesajlar yollayır, İlham Qasımova verdiyi pullarını onların vasitəsi ilə ala biləcəyini vurğulayırdı.
İndi isəbirdən birə  “Mərcansoy” Şirkətlər Qrupu ilə İlham Qasımov barışıb. Bu hadisə onu göstərir ki, Mərcansoyun bütün açıqlamaları bir saxta oyunun parçası imiş və  FETÖ-nun təlimatı ilə həyata keçirilib.
Saytımıza məlumat verən bilgili Türk iş adamının iddiasına görə  İlham Qasımov çöldəki adamları vasitəsi ilə FETÖ-nun Azərbaycan üzrə  nümayəndəsindən “Mərcansoy” Şirkəti ilə problemlərinin həll edilməsini xahiş edib. İş adamının bu xahişindən sonra FETÖ göstərişi ilə Mövlanə Əli Mərcansoya İlham Qasımov və Sahib İbrahimovla aralarındakı problemin  yoluna qoyulması göstərişini verib. FETÖ-nun göstərişinə  əməl edən Mövlanə Əli Mərcansoy İlham Qasımovla Sahib İbrahimova söz göndərərək aralarındakı milyon dollarlıq pul məsələsinin bağlandığını bildirib.
Görünür FETO-nun dəstəyi ilə Türkiyədə, MDB ölkələrində milyonlar  qazanan “Mərcansoy” Şirkətlər Qrupunun İdarə Heyyətinin üzvü Mövlanə Əli Mərcansoy Pensilvaniyadakı HOCAsının sözünü yerə salmayıb. Qeyd edək ki, növbəti yazımızda “Mərcansoy” Şirkətlər Qrupunun FETİ qiyamında hocanın adamlarına necə yardım etmələri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hansı xəyanətlər etmələri barədə daha ilginc məlumatları oxucularımıza çatdıracağıq.

Bənzər yazılar

Back to top button