İdmanManşetÖnə çıxanlar

Qurban Qurbanov istefa verdi

Qurban Qurbanov milli komandadan istefa verib.

Fanat.Az xəbər verir ki, bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.

“Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam.

Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun”, deyə Qurbanov bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button