Dünya

Elm aləmi hələ də bu görüntülərin nə olduğunu açıqlaya bilmir

Məşhur amerikalı alim Boyd Buşmanın ölümündən bir müddət əvvəl, 2014-cü ildə yayımladığı yadplanetli görüntüləri bu gün də maraq doğurur. Bəs yadplanetlilər həqiqətən varmı?

Qaynarinfo xarici mətbuata istinadən xəər verir ki, Buşman Amerikalı rəsmilərin təkidlə inkar etdiyi Area 51 mərkəzini gördüyünü və orda yadplanetlilər üzərində araşdırma aparan bir qrup alimin olduğunu söyləmişdi.

Fotoları dəlil kimi təqdim edib, videoya çəkən alim Area 51 mərkəzində iki tip yadplanetli olduğuna işarə edib. O, uzun barmaqları və pərdəli ayaqları olanların “Quintumnia” adlı planetdən gəldiyini irli sürüb. Buşman bildirib ki, Nevada ştatındakı mərkəzdə çalışanlar yadplanetliləri ona görə 2 qrupa ayırırlar ki, onlardan biri daha mehriban, digəri isə düşmən münasibət sərgiləyir.

40 ildən çoxdur araşdırma və patent üzərində çalışan alim “Hughes Aircraft”, “General Dynamics”, “Lockheed Martin” və “Texas Instruments” kimi tanınmış şirkətlərlə əməkdaşlıq edib.

Buşmanın bu açıqlamalarına hələlik ABŞ hökumətindən təkzib gəlməyib.

Bənzər yazılar

Back to top button