Cəmiyyət

Mübariz Mənsimov bu kəndin yollarını işıqlandırdı (FOTO)

Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimov xeyriyyəçilik fəaliyyətini davam etdirməkdədir.

AzToday.az xəbər verir ki, Mənsimov bu dəfə Masallının Miyankü kəndinin yollarını işıqlandırılmasına vəsait ayırıb.

Bu barədə “Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib. Onun sözlərinə görə, Mübariz Mənsimov həbs olunmamışdan əvvəl bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstəriş vermişdir.

Miyankü kənd sakini Elcan Dadaşzadə isə bunları bildirib:

“Nəhayət, kəndimizin yolları bundan sonra gecə saatlarında işıqlanacaq. Fəxrimiz və qürurumuz Mübariz bəy Mənsimov başda olmaqla bu işin ərsəyə gəlməsində xidməti və zəhməti olanların hər birinə təşəkkür edirəm. Allah hamınızdan razı olsun!”

Bənzər yazılar

Back to top button