Bizim seçimCəmiyyətİqtisadiyyat

2,5 milyard manatlıq mənzil fondundan Qarabağ qazilərinə niyə ev verilməyib?

Nədən onlar 25 ildir ki, mənzil növbəsindədirlər?

Mənzil növbəsində gözləyərək 60-ı haqlayan Qarabağ qaziləri və şəhid ailələri nə etməlidirlər?

Açıqlanan məlumata görə,31 dekabr 2018-ci il tarixinə Dövlət Neft Fondu (DNF) tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində ümumilikdə 2 302,7 milyon manat vəsait ayrılmış və bu vəsait hesabına 33 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilmişdir. DNF-nin 2019-cu il üçün büdcəsində bu məqsədlə 200 milyon manat nəzərdə tutulub. Beləliklə də 2001-ci ildən indiyə qədər mənzil tikintisinə 2,5 milyard manatdan çox vəsait xərcləyən ölkənin bütövlüyü uğrunda müharibədə bədəninin bir hissəsini itirən Qarabağ qazilərinə mənzil vermək olmazdımı? Cəmiyyət indiyə qədər yalnız onlara deyil, hətta şəhid ailələrinə qarşı biganə münasibətə nə qədər şahidlik edəcək. Biz zamanlar şəhid ailəsinə ayrılan pullar ünvanına çatdırılmayanda da eyni münasibətin şahidi olduq, sonradan vətəndaş fəallığı sayəsində bu problem həll olundu. Hesab edirəm ki, biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq.
Binəqədi rayonunda 248 nəfər, Nəsimi rayonunda 144 nəfər, Yasamal rayonunda 165 nəfər, Qaradağ rayonunda 74 nəfər, Nizamı rayonunda 159 nəfər, Nərimanov rayonunda 270 nəfər, Səbail rayonunda 127 nəfər Qarabağ müharibəsi əlili, şəhid ailəsi və digər imtiyazlı qruplar mənzil növbəsi gözləyir, onların arasında ən gəncinin 50 yaşı vardır, əksəriyyəti 60 yaşa çatıb. Görəsən, onlara nə zaman mənzil veriləcək, yoxsa gözlədirlər ki, son mənzilə yola salsınlar Mənzil növbəsində duranların siyahısını bura və şərh bölməsinə əlavə edirəm.

http://sosial.gov.az/rayon-shr-icra-hakimiyytlrind-mnzil-novbsin-dayanan-qarabag-lillri-v-shid-aillrinin-novblilik-siyahisi

Qubad Ibadoğlu, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button