Bizim seçimİdman

“Barselona”nın sabiq baş məşqçisi “Fənərbaxça”da

“Fənərbaxça”nın yeni prezidenti Ali Koç əsas komandanın baş məşqçisini dəyişdirəcək.

Fanat.Az xəbər verir ki, yeni prezident tezliklə Aykut Kocamanı istefaya göndərəcək. Artıq yeni baş məşqçinin kimliyi də bəllidi. Məlumata görə, Ali Koç “Barselona”nın keçmiş baş məşqçisi Luis Enrike ilə anlaşıb. Onunla qısa müddətdə müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyan “Sportinq”, “Real” və “Barselona” klublarında oynayan Luis Enrike məşqçiliyə Kataloniya klubunun B komandasında başlayıb. Daha sonra “Roma” və “Selta”nı çalışdıran 48 yaşlı mütəxəssis 2014-2017-ci illərdə “Barselona”nın əsas komandasına başlçılıq edib. O, məşqçi kimi “Barselona” ilə La Liqanın (2 dəfə), “Kral Kuboku”nun (3), İspaniya Super Kubokunun (1), Çempionlar Liqasının (1), Avropa Super Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.

Bənzər yazılar

Back to top button