Dünya

Avropa İttifaqı Şurası Rusiyaya hərbi yardım etdiyinə görə İranın 5 təşkilatına və 6 vətəndaşına sanksiya tətbiq edib

Bu gün Avropa İttifaqı Şurası İranda Rusiyanın Ukraynaya hücumunda istifadə olunan pilotsuz hərbi təyyarələri istehsal edən beş təşkilata və altı nəfərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Avropa İttifaqı Şurasından Turan agentliyinə göndərilən məlumatda deyilir.

Bu, Avropa sanksiyalarına məruz qalan İran təşkilatlarının və şəxslərin beşinci siyahısıdır. Yeni siyahıya “Shakad Sanat Asmari” şirkəti, onun baş direktoru, baş direktorun müavini və baş elmi işçisi daxildir.

Bundan əlavə, Baharestan Kish şirkəti, onun idarəedici direktoru Saad Saze Faraz Şərif, həmçinin Sarmad Electronic Sepahan və Kimia Part Sivan şirkətləri var.

Həmin şəxslərin və şirkətlərin aktivləri dondurulacaq, onların Avropa İttifaqına gedişi qadağan ediləcək. Həmçinin bu adamları və firmaları birbaşa və ya dolayısıyla maliyyələşdirmək qadağan edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button