Hadisə

Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov məhkəmədə Dövlət Yol Polisinə qalib gəlib.

“MediaPost”un əldə etdiyi məlumata görə, bir müddət əvvəl A.Məmmədov Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib və sürücülük hüququndan məhrum edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edilib.

Məhkəmə A.Məmmədovun xeyrinə qərar verib.

Məsələ ilə bağlı açıqlama verən sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədov sözügedən iş üzrə məhkəmədə qalib gəldiyini təsdiqləyib.

“Hüququ tam əsas verdi ki, oğlumun haqqında görülən tədbir əsassız olub”-deyə E.Məmmədov qeyd edib.

“MediaPost”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A.Məmmədovun 04.06.2018-ci ildən 04.06.2019-cu ilədək sürücü hüququ məhdudlaşdırlıb.

Qeyd edək ki, DYP tərəfindən A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə ittiham olunmuşdu.

Bənzər yazılar

Back to top button