Dünya

ABŞ “Şimal axını 2”-yə qarşı sanksiyaların qüvvəyə mindiyini elan etdi

Birləşmiş Ştatların Maliyyə Nazirliyi Rusiya qazının Avropaya çatdırılacağı boru kəmərlərinin çəkilməsi ilə məşğul olan şirkətlər üçün dərhal məhdudlaşdırıcı tədbirlərin qüvvəyə mindiyini elan edib.

Qaynarinfo xəbər verir ki, söhbət Şimal Axını-2 və Türk Axını qaz boru kəmərlərindən gedir. Sanksiyalar Amerika dövlətinin başçısı Donald Tramp tərəfindən növbəti maliyyə ili üçün müdafiə büdcəsinin imzalanmasından dərhal sonra qüvvəyə minib.

“20 dekabr 2019-cu ildə prezident imzaladıqdan sonra müdafiə büdcəsi qanununun 7503-cü maddəsi dərhal qüvvəyə mindi”, – Maliyyə şöbəsindən bildirilib.

Sənəddə deyilir ki, boruları 30 metrdən çox dərinliyə qoyanlara məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Podratçılar bu gəmilərin tikinti işlərini dərhal dayandırmasını təmin etməlidirlər.

Qeyd edək ki, bundan bir qədər əvvəl İsveçrə qeydiyyatlı Allseas kompaniyası ABŞ-ın sanksiyalarının təhdidi səbəbindən “Şimal axını 2” layihəsinin tikintisində əməliyyatların dayandırıldığını elan edib.

Bənzər yazılar

Back to top button