Dünya

Ceyms Bondun silahlarını oğurladılar

Londonda Ceyms Bond filmlərində istifadə olunmuş və 5 hissədən ibarət tapança kolleksiyası oğurlanıb.

Qaynarinfo xarici mətbuata istinadən əbər verir ki, kolleksiyanın dəyərinin 100 min funt sterlinq olduğu deyilir. Kolleksiya şəhərin Enfild səmtində şəxsi malikanələrdən birindən aparılıb. Şahidlərin sözlərinə görə, oğrular 3 nəfər olub və boz rəngli bir avtomobildə qaçıblar.

Qeyd edək ki, Ceyms Bond seriyasının son çəkilən “No Taym to day” filminin təqdimatı da koronavirus səbəbindən bu ilin oktyabr ayına təxirə salınmışdı. Filmdə sonuncu dəfə Ceyms Bond obrazını canlandıran aktyor Deniel Kreyq çəkilişdən öncə və sonra yaşanan hadisələr səbəbindən layihənin lənətləndiyini ifadə etmişdi.

Bənzər yazılar

Back to top button