CəmiyyətGündəmİqtisadiyyatXəbərlər

YAP-çı gənclərə güzəştli mənzillər veriləcək – Bina hazırdır

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

“Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.

Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib.

“İpoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı “Sahil” bağı ilə üzbəüzdə yerləşir.

Bənzər yazılar

Back to top button