GündəmSiyasət

Azərbaycan və Gürcüstanın yüksək vəzifəli hərbçilərinin görüşü

Ötən gün Bakıda Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildiib ki, görüş zamanı “Azərbaycanla Gürcüstan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində, eləcə də digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti xüsusi vurğulanıb”.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təminatı, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Back to top button