İdman

“Mənə ən çox çətinlik yaradan hücumçu, yəqin ki, Messi olub” – Van Deyk

“Liverpul”un müdafiəçisi Vircil van Deyk tvitterdə izləyicilərinin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, hollandiyalı futbolçu “Ən çətin rəqibin kim olub?” sualına cavabında “Barselona”nın hücumçusu Lionel Messinin adını çəkib:

“Mənə çətinlik yaradan bir neçə hücumçuya qarşı oynamışam, amma, yəqin ki, Lionel Messi”.

Van Deyk İngiltərə Premyer Liqasında çıxış edən forvardlar arasında isə Serxio Aqueronu (“Mançester Siti”) fərqləndirib.

Bənzər yazılar

Back to top button