İqtisadiyyat

İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncama əsasən, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Bənzər yazılar

Back to top button