İdman

“Qalatasaray” Misir millinin hücumçusunu transfer etdi

Türkiyənin “Qalatasaray” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Fanat.az “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misirin “Zamalek” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.

Misir yığmasının da şərəfini qoruyan 24 yaşlı hücumçu 1,5 illik icarəyə götürülüb. “Sarı qırmızılar” bu keçid üçün qarşı tərəfə 2 milyon ABŞ dolları ödəyəcək. “Qalatasaray” transferi gerçəkləşdirmək üçün əlavə 4 milyon avro ödəməlidi.

Qeyd edək ki, Mustafa 2016-cı ildən “Zamalek”də çıxış edir. Möxtəli illərdə ölkəsinin “El Daxleya”, “Tanta” və “Əl Qayş” klublarına icarəyə verilən futbolçu Misir millisində 5 oyun keçirib.

Bənzər yazılar

Back to top button