Dünya

İŞİD iki rusiyalı hərbçini əsir götürdü – VİDEO

“İslam dövləti” terror təşkilatının tabeçiliyində olan “Amak” agentliyi əsir düşmüş rusiyalı hərbçilərin görüntülərini yayıb.

Aztoday.Az-ın oxu.az-a istinadən xəbərinə görə, videonu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı dərc edib.

Videoyazıda saqqallı şəxs özünü Zabalotnı Roman Vasilyeviç kimi təqdim edir. O bildirir ki, 1979-cu ildə Rostov vilayəti Aksay rayonu Rassvet qəsəbəsində doğulub. Romanın sözlərinə əsasən, o İŞİD yaraqlılarının əks-hücumu zamanı Suriyanın Şulya qəsəbəsi ərazisində əsir düşüb.

Bundan əlavə Roman yanındakı ikinci şəxsi Surkanov Qriqori Mixayloviç olduğunu bildirir (1978-ci il, Moskva vilayəti, Domodedovo rayonu). Qriqori bütün video zamanı susur.

Hər iki hərbçinin üzərində döyülmə izləri görünür.

Bənzər yazılar

Back to top button