İdman

Nazirin qudası Azərbaycana 500 minlik idmançı gətirir – Açıqlama

Rio Olimpiya Oyunlarından sonra Azərbaycan Avarçəkmə Millisinin iki əsas üzvü Valentin Demyanenko (2005-2016) və İnna Osipenko-Radomskaya (2014-2016) karyerasını başa vurub.
Bu səbəbdən olimpiya mükafatçılarının getməsindən sonra milli komandada böyük boşluq yaranıb. Boşluğu aradan qaldırmağa çalışan Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi yeni idmançı axtarışına çıxıb.
Azinforum.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, yeni idmançıların “milliləşməsi” üçün rəhbərlik təxminən 450-500 min manat dəyərində büdcə ayırıb.
Hazırda federasiya yeni namizədlər üçün seçim edir.
Milliyə yeni idmançıların gətiriləcəyi ilə bağlı xəbəri AMAF-ın vitse-prezidenti, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov Unikal.org-a açıqlamasında təsdiqləyib. Amma qurum rəsmisi yeni idmançının “milliləşmə” qiyməti və haradan olması barədə dəqiq məlumat vermək istəməyib:
“Doğrudur, milli komandaya yeni idmançılar gətiriləcək. Bu barədə danı.ıqlar aparılır. Amma namizədlərin haradan olması barədə məlumat verə bilmərik. Bu, federasiyanın daxili işidir. Ancaq onu deyə bilərəm ki, bununla bağlı müzakirələr gedir”.
Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti “İtaldizain Holdinq”in baş direktoru Elçin Zeynalovdur. O, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun qudasıdır.

Bənzər yazılar

Back to top button