Vasif Talıbov bu şəxsləri təltif etdi

Print Friendly, PDF & Email

Naxçıvan Muxtar Respublikasının bir qrup müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib.

“Report”un məlumatına görə, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncama əsasən muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Allahverdiyeva Zenfira İsa qızına, Babayev Baba Mahmud oğluna, Məhərrəmova Esmira İbrahim qızına, Mustafayeva Yeganə Əbülfəz qızına “Əməkdar müəllim” fəxri adı verilib.