Dünya

Lukaşenko hökuməti istefaya göndərib

Avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək

AzToday.az “BelTA”ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin istefaya göndərilməsi ilə sərəncam imzalayıb. Bundan əvvəl A.Lukaşenko iclas keçirərək, kabinetin tərkibini kökündən dəyişdirmək niyyətində olmadığını bildirib.

Qeyd edib ki, iqtisadi böhran dövründə yalnız iş həcminin öhdəsindən gələ bilməyənlər hökumətdən başqa işə göndərilməlidir.

A.Lukaşenko dəqiq kimlərin təkrar vəzifəyə təyin edilməyəcəyini deməyib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək və daha əvvəl Lukaşenko izah edib ki, Belarus hökumətinin istefaya göndərilməsi seçki ilə əlaqədardır. Mövcud dövlət başçısı ədalətli və şəffaf olacağını söyləyib.
1994-cü ilin iyulundan Belarusun prezidenti olan Lukaşenko beşinci dəfə prezident olmaq istəyir. 2001, 2006, 2010 və 2015-ci illərdə keçirilən seçkilərdə respublika başçısı ən az 75 faiz səs toplayıb.

Bənzər yazılar

Back to top button