Xaçmazda 2 maşın toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb

Print Friendly, PDF & Email

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzRoday.az-ın APA-ya istinadən məlumata görə, hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. “Azsamand” markalı, 90 AF 285 dövlət nömrə nişanlı və “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində “Azsamand”da olan, Bakı sakinləri, 1984-cü il təvəllüdlü İsmayılova Elnurə Mahir qızı, 1984-cü il təvəllüdlü İsmayılova Aynurə Mahir qızı, 1985-ci il təvəllüdlü Hüseynov Emil Vaqif oğlu, 1989-cu il təvəllüdlü Quliyeva Nərmin Orxan qızı, “Lada”da olan Dərbənd şəhər sakinləri – Şükürova Firəngiz Ayıbovna, 1949-cu il təvəllüdlü Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alan Dərbənd sakinlərindən biri dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.