Hadisə

Dilqəm Əsgərov girovluqda nəvəsinə şeir yazıb (FOTO)

Kəlbəcər girovu Dilqəm Əsgərovun ikinci nəvəsi dünyaya gəlib. Körpənin adı Azər qoyulub.

AzToday.az xəbər verir ki, bunu Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, övladının dünyaya gəlməsi ilə bağlı yaxın günlərdə atasına məktub yazacaq.

“Oğlumun adını Azər qoydum. Atam girov götürüləndə heç vaxt tanımadığım bir insan peyda oldu və mənə indiyə kimi dəstək olur. O, 6 il mənə böyük qardaşlıq edib. Ona görə də övladımın adını həmin şəxsin şərəfinə Azər qoydum. Çünki 6 il ərzində çox çətinliklər çəkmişəm. Həmin şəxs yanımda olub. Azəri böyük qardaşım hesab edirəm. Övladım dünən dünyaya gəlib. Atamın hələ xəbəri yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayıb, atama məktub yazacağam”.

K.Əsgərov atasının böyük nəvəsinə şeir yazdığını əlavə edib: “Atam nəvələrini çox istəyir. Onu girovluqda yaşadan bəlkə də nəvələridir. 60 yaşı var, nəvələrlə oynayan vaxtıdır, amma taleh elə gətirib ki, bu gün yanımızda deyil”.

Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir:

Aldım kresdən bu gün xoş xəbər
Gəlibdi dünyaya bir gözəl balam
Yerim boş qalmadı, adım itmədi
Tanrı bu gününə min şükür olsun!

Bənzər yazılar

Back to top button